"Nar" yaz, 5585-ə göndər və
uduşlara sahib ol

"Nar Topla" Stimullaşdırıcı tirajlı lotereyanın keçirilmə Şərtləri

1. Lotereyanın Təşkilatçısının adı, VÖEN-i, ünvani əlaqə telefonları:

Bakı şəhəri, Yasamal rayonu, AZ1065, Cəfər Cabbarlı 44 hüquqi ünvanında yerləşən, “VOIDA” Məhdud Məsuliyyətli Cəmiyyətidir (bundan sonra – “Təşkilatçı”):

VÖEN 2002276041

Əlaqə telefonu: +994124649315

 

2. Lotereyanın adı, keçirilmə forması, müddəti və keçirildiyi ərazi:

2.1  01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinədək Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək “Nar Topla” Stimullaşdırıcı tirajlı lotereya (bundan sonra – “Lotereya”).

2.2 Lotereya təşkilatçının SMS vasitəsi ilə abunəlik kontent (Olaylar informasiya agentliyinin nümayiş etdirdiyi ictimai-siyasi, sosial, idman, hava və s. xəbərlərin qısaldılmış xülasəsi) xidmətlərin satılması məqsədilə bütün Azerfon abunəçiləri üçün keçiriləcək.

2.3 Lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcıları – abunəçinin SİM kartın GSM nömrəsidir və lotereya ərzində toplanılan hər saniyə, bir lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısıdır.

 

3. Lotereyada iştirak hüququ:

3.1. Lotereyada iştirak etmək üçün aşağıdakıların olması zəruridir:

3.1.1. Nar abunəçisi olmaq (Qeyd: bu lotereyada “Nar”ın əvvəlcədən ödəmə üsulundan istifadə edən abunəçiləri iştirak edə bilər);

3.1.2. Lotereyada iştirakın qeydiyyata alınması üçün abunəçi bu Şərtlərin 3.2-ci bəndində göstərilmiş qısa nömrəyə abunəlik kontent alınması məqsədilə sms və ya sorğu göndərməlidir. Sms və ya sorğu göndərməklə abunəçi lotereyada iştirak etmək razılığını təsdiq edir. İştrakçı avtomatik olaraq əvvəlcədən müəyyən olunmuş 25 (iyirmi beş) qrupdan birinə daxil olur. Hər bir qrupa bir virtual NAR ayrılır. Həmin qrupdakı iştirakçılardan hər hansı biri təyin edilmiş qısa nömrəyə sms və ya sorğu göndərərsə virtual Narı həmin şəxs saxlamış olacaq. Hər bir göndərilən sms və ya sorğunun qarşılığında abunəçi məzmun əldə etmək hüququna malik olur. Virtual Narın saxlanılması yolu ilə abunəçilər, balansdakı saniyələrinin sayına görə həftəlik, aylıq və final uduşları əldə edə bilər.

3.2. Lotereyada  istifadə edilən SMS nömrə: 5585, İVR nömrə: 5585, USSD nömrə: 585 və 586. Həmin qısa nömrə həm də lotereyanın qeyd olunma nömrəsidir. Nömrə ödənişlidir. Birdəfəlik sms və ya sorğuların qiyməti 0.38 AZN (ƏDV daxil olmaqla), xidmətə abunəlik isə 0.19 AZN təşkil edir (ƏDV daxil olmaqla);

3.3. İştirakı və reklam mesajlarının qəbulunu dayandırmaq üçün göndərilən düzgün mesajlar pulsuzdur. Lotereyada iştirakı dayandırmaq üçün abunəçi “STOPCLNR+” yazaraq 5585 qısa nömrəsinə göndərməlidir.

3.4. Iştirakçı, topladığı xallar barədə məlumatı 5585 nömrəsinə İNFO məzmunlu pulsuz SMS göndərməklə əldə edə bilər.

 

4. Lotereyanın uduş fondu:

4.1. Lotereya çərçivəsində uduş fondunun ümumi miqdarı – 55250 (əlli beş min iki yüz əlli) AZN və 6 (altı) ədəd Apple iPhone 7 32GB mobil telefonu təşkil edir.

4.2. Ümumi pul vəsaiti uduş fondu – 55250 (əlli beş min iki yüz əlli) AZN:

4.2.1. 51 (əlli bir) ədəd həftəlik uduşlar 12750 (on iki min yeddi yüz əlli) AZN təşkil edir. 1 həftəlik uduş 250 (iki yüz əlli) AZN təşkil edir;

4.2.2. 11 (on bir) ədəd aylıq uduşlar, 12500 (on iki beş yüz) AZN və 6 (altı) ədəd Apple iPhone 7 32GB mobil telefonu təşkil edir. 1 (bir) aylıq uduş 2500 (iki min beş yüz) AZN və ya 1 (bir) ədəd Apple iPhone 7 32GB mobil telefonundan ibarətdir;

4.2.3. 1 (bir) ədəd Final uduşu 30000 (otuz min) AZN təşkil edir.

4.3. Uduş fondu yuxarıda göstərilən uduşların sayı və nomenkulaturası ilə məhdudlaşır;

4.4. Uduşlar yalnız mövcud Şərtlərin müddəalarına əsasən Lotereyanın İştirakçıları tərəfindən əldə oluna bilər.

 

5. Lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi:

5.1. Uduşların oynanılma tarixi bu Şərtlərə dair 1 saylı Əlavəsində qeyd edilmişdir;

5.2. Həftəlik, aylıq və final uduşların müəyyən edilməsi tarixi:

Tirajlar Tarix Həftəlik uduşlar Aylıq Uduşlar Final uduş
1-ci tiraj 10 iyul 2017 250 AZN    
2-ci tiraj 17 iyul 2017 250 AZN    
3-cü tiraj 24 iyul 2017 250 AZN    
4-cü tiraj 31 iyul 2017 250 AZN    
5-ci tiraj 1 avgust 2017   Apple iPhone 7 32GB  
6-cı tiraj 7 avgust 2017 250 AZN    
7-ci tiraj 14 avgust 2017 250 AZN    
8-ci tiraj 21 avgust 2017 250 AZN    
9-cu tiraj 28 avgust 2017 250 AZN    
10-cu tiraj 1 sentyabr 2017   2500 AZN  
11-ci tiraj 4 sentyabr 2017 250 AZN    
12-ci tiraj 11 sentyabr 2017 250 AZN    
13-cü tiraj 18 sentyabr 2017 250 AZN    
14-cü tiraj 25 sentyabr 2017 250 AZN    
15-ci tiraj 1 oktyabr 2017   Apple iPhone 7 32GB  
16-cı tiraj 2 oktyabr 2017 250 AZN    
17-ci tiraj 9 oktyabr 2017 250 AZN    
18-ci tiraj 16 oktyabr 2017 250 AZN    
19-cu tiraj 23 oktyabr 2017 250 AZN    
20-ci tiraj 30 oktyabr 2017 250 AZN    
21-ci tiraj 1 noyabr 2017   2500 AZN  
22-ci tiraj 6 noyabr 2017 250 AZN    
23-cü tiraj 13 noyabr 2017 250 AZN    
24-cü tiraj 20 noyabr 2017 250 AZN    
25-ci tiraj 27 noyabr 2017 250 AZN    
26-cı tiraj 1 dekabr 2017   Apple iPhone 7 32GB  
27-ci tiraj 4 dekabr 2017 250 AZN    
28-ci tiraj 11 dekabr 2017 250 AZN    
29-cu tiraj 18 dekabr 2017 250 AZN    
30-cu tiraj 25 dekabr 2017 250 AZN    
31-ci tiraj 1 yanvar 2018 250 AZN 2500 AZN  
32-ci tiraj 8 yanvar 2018 250 AZN    
33-cü tiraj 15 yanvar 2018 250 AZN    
34-cü tiraj 22 yanvar 2018 250 AZN    
35-ci tiraj 29 yanvar 2018 250 AZN    
36-cı tiraj 1 fevral 2018   Apple iPhone 7 32GB  
37-ci tiraj 5 fevral 2018 250 AZN    
38-ci tiraj 12 fevral 2018 250 AZN    
39-cu tiraj 19 fevral 2018 250 AZN    
40-cı tiraj 26 fevral 2018 250 AZN    
41-ci tiraj 1 mart 2018   2500 AZN  
42-ci tiraj 5 mart 2018 250 AZN    
43-cü tiraj 12 mart 2018 250 AZN    
44-cü tiraj 19 mart 2018 250 AZN    
45-ci tiraj 26 mart 2018 250 AZN    
46-cı tiraj 1 aprel 2018   Apple iPhone 7 32GB  
47-ci tiraj 2 aprel 2018 250 AZN    
48-ci tiraj 9 aprel 2018 250 AZN    
49-cu tiraj 16 aprel 2018 250 AZN    
50-ci tiraj 23 aprel 2018 250 AZN    
51-ci tiraj 30 aprel 2018 250 AZN    
52-ci tiraj 1 may 2018   2500 AZN  
53-cü tiraj 7 may 2018 250 AZN    
54-cü tiraj 14 may 2018 250 AZN    
55-ci tiraj 21 may 2018 250 AZN    
56-cı tiraj 28 may 2018 250 AZN    
57-ci tiraj 1 iyun 2018   Apple iPhone 7 32GB  
58-ci tiraj 4 iyun 2018 250 AZN    
59-cu tiraj 11 iyun 2018 250 AZN    
60-cı tiraj 18 iyun 2018 250 AZN    
61-ci tiraj 25 iyun 2018 250 AZN    
62-ci tiraj 1 iyul 2018     30000 AZN

 

6. Lotereya üzrə uduşların verilməsi haqqında lotereya iştirakçılarının məlumatlandırılması qaydası:

6.1. Lotereyanın uduşlarının verilməsi və qaliblərinin müəyyən edilməsinin nəticələri barədə məlumat kütləvi informasiya vasitələrində (KİV) və www.nartopla.com İnternet saytında dərc ediləcək.

6.2. Lotereyanın Şərtləri barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və www.nartopla.com İnternet saytında Lotereyanın mexanizmi barədə iştirakçılar üçün nəzərəd tutulmuş məlumatın eləcə də lotereyanın Şərtlərinin yerləşdirilməsi və yayımlanan reklam materiallarında yerləşdirilməsi vasitəsilə həyata keçirilir.

6.3. Əlavə məlumat üçün Lotereyanın keçirildiyi müddət ərzində 777 və +994124649315  Qaynar Xətt nömrəsinə zəng etməklə müraciət etmək olar.

 

7. Uduş fondunun oynalinmasi və qaliblərin müəyyən edilməsi:

7.1. Uduş fondunun oynanılması – uduş qazanmaq hüququ əldə edəcək Lotereya İştirakçılarının müəyyən edilməsi (bundan sonra – Lotereyanın Qaliblərinin müəyyən edilməsi) mövcud Şərtlərə uyğun olaraq və aşağıda göstərilən müddəaları nəzərə alınmaqla həyata keçirilir.

7.2. 51 (əlli bir) ədəd həftəlik uduş – Həftəlik uduş qaliblərinin seçimi müəyyən həftə ərzində qeydə alınmış virtual NAR saniyələri toplayan və kontent (məzmun) alınması məqsədilə göndərilən sms və ya sorğulara müvafiq xidmət haqqı çıxılmış abunəçilər arasından təsadüfi seçim vasitəsilə seçiləcəkdir. Təsadüfi seçim yolu ilə nömrə seçimi, torbalardan çıxarılmış şarların meydana gətirdiyi nömrə ilə abunəçi siyahısındakı sıra nömrəsinə  tutuşdurulması yolu ilə həyəta keçiriləcəkdir. Müəyyən Tirajda olan torbaların sayı, uduşda iştirak edən abunəçilərin topladıqları virtual NAR saniyələrinin toplam yaratdığı cəmin rəqəmlərinin sayı qədər olacaqdır.

7.3. 11 (on bir) ədəd aylıq uduş – Aylıq uduş qaliblərinin seçimi müəyyən ay ərzində qeydə alınmış virtual NAR saniyələri toplayan və kontent (məzmun) alınması məqsədilə göndərilən sms və ya sorğulara müvafiq xidmət haqqı çıxılmış abunəçilər arasından təsadüfi seçim vasitəsilə seçiləcəkdir. Təsadüfi seçim yolu ilə nömrə seçimi, torbalardan çıxarılmış şarların meydana gətirdiyi nömrə ilə abunəçi siyahısındakı sıra nömrəsinə  tutuşdurulması yolu ilə həyəta keçiriləcəkdir. Müəyyən Tirajda olan torbaların sayı, uduşda iştirak edən abunəçilərin topladıqları virtual NAR saniyələrinin toplam yaratdığı cəmin rəqəmlərinin sayı qədər olacaqdır.

7.4. 1 (bir) ədəd final uduş – Final uduşu qazanacaq Lotereya Qalibinin müəyyən edilməsi 01 iyul 2018-ci il tarixində keçiriləcək. Final uduşun qaliblinin seçimi, lotereyada iştirak etmiş bütün iştirakçılar arasından təsadüfi seçim vasitəsilə seçiləcək. Təsadüfi seçim yolu ilə nömrə seçimi, torbalardan çıxarılmış şarların meydana gətirdiyi nömrə ilə abunəçi siyahısındakı sıra nömrəsinə  tutuşdurulması yolu ilə həyəta keçiriləcəkdir. Müəyyən Tirajda olan torbaların sayı, uduşda iştirak edən abunəçilərin topladıqları virtual NAR saniyələrinin toplam yaratdığı cəmin rəqəmlərinin sayı qədər olacaqdır.

7.5. Lotereyada iştirak edən hər bir abunəçiyə yalnız özünə məxsus olan qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsi, iştirakçının oyuna neçənci qatılmasından asılı olaraq, sıra nömrəsidir. İştirakçının nə qədər çox virtual saniyələr toplayarsa, o qədər də çox sistemdə məhs həmin iştirakçının geydiyyat nömrəsinə rast gəlmək şansı deməkdir. Həftə ərzində həftəlik uduşu yalnız bir iştirakçı qazana bilər. Ay ərzində aylıq uduşu yalnız bir iştirakçı qazana bilər. Lotereya ərzində son uduşu yalnız bir iştirakçı qazana bilər.

7.6. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 5 (beş) nəfərdən ibarət Tiraj komissiyası yaradılacaq və uduş fondunun oynanılmasına azı 3 (üç) iş günü qalmış Tiraj komissiyasının üzvləri haqqında müvafiq məlumat Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim ediləcək.

7.7. Qaliblər növbəti günün əvvəlində Təşkilatçının müştəri xidmətləri mərkəzindən zəng vasitəsi ilə qalib olunması barədə məlumat alır. Müştəri xidmətləri mərkəzindən ona uduşun nə zaman və hansı müştəri mərkəzindən alacağı haqqında məlumat veriləcək.

7.8. Lotereyada uduşu qazanmış iştirakçılar uduşu almaq üçün Təşkilatçıya Mobil Operator ilə qüvvədə olan Abunə Müqaviləsini, şəxsiyyətini təsdiq edən sənəd və ya abunə müqaviləsi bağlayarkən təqdim etdiyi sənədin əsli və sms və ya sorğu göndərilən GSM nömrənin SİM kartını təqdim etməyə borcludur.

7.9. Lotereyanın İştirakçısı tərəfindən 7.8-cu bəndinə uyğun olaraq şərtlər yerinə yetirə bilinmədiyi və təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar aşkar edildiyi halda həmin İştirakçı Lotereyanın Qalibi hesab olunmayacaq və uduş ona təqdim olunmayacaqdır.

7.10. Qalib şəxs Təşkilatçıya Mobil Operator ilə qüvvədə olan abunə müqaviləsini, şəxsiyyətini təsdiq edən sənəd və ya abunə müqaviləsi bağlayarkən təqdim etdiyi sənədin əslini təqdim edərsə, lakin Təşkilatçı tərəfindən Lotereya İştirakçısının Qeydiyyat nömrəsi əks etdirən sms və ya sorğuların göndərildiyi mobil telefon nömrəsinin SİM-kartını təqdim edə bilməzsə uduş Lotereyanın İştirakçısına verilə bilməz.

7.11. Təşkilatçı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.5 bəndinə uyğun olaraq əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutur.

7.12. Qalib şəxs uduşunu almaq üçün bu Şərtlərin 7.8-ci bəndində nəzərdə tutulmuş sənədləri ilə həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 90 (doxsan) gün ərzində Təşkilatçıya müraciət etməyə borcludur əks halda uduş yenidən keçiriləcək.

7.13. Qalib şəxs Təşkilatçıya müraciət etdiyi tarixdən Təşkilatçı 30 (otuz) iş günü ərzində uduşu ona təqdim etməlidir.

7.14. Uduşun verilməsi barədə lotereya iştirakçılarının tələbləri lotereya başlanan gündən Müştəri xidmətləri (+994124649315 nömrəsi) vasitəsilə qəbul ediləcəkdir. Bu lotereya üzrə qalib şəxs öz uduşunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza (korpus 1, 3-cü mərtəbə) ünvanında əldə edə bilər.

7.15. İştirakçıda lazımi sənədlərin olmaması ilə əlaqədar, Lotereya İştirakçısının olmaması nəticəsində və eləcə də Lotereya İştirakçısı Lotereya bitdikdən sonra uduşun alınması üçün Təşkilatçıya müraciət etmədiyi halda Təşkilatçı İştirakçının uduşunun istifadə etməsinin mümkünsüzlüyünə görə heç bir məsuliyyət daşımır.

 

8. Məhdudiyyət

8.1. Lotereyada iştirak edən iştirakçı öz iştirakı ilə Nar abunəçisi olduğunu təsdiq edir.

8.2. Uduşun alınması zamanı Lotereyada iştirak etmiş həmin şəxs hazırkı Şərtlərin 9.2.-ci bəndinə uyğun olaraq İştirakçı ola bilməməsi müəyyən edildiyi və 7.8, 7.10-ci bəndlərinin tələblərinə cavab vermədiyi halda İştirakçı Lotereyaların şərtlərinə əsasən uduşunu almaq hüququnu itirir.

8.3. Təşkilatçının məsuliyyəti, uduşun hazırkı şərtlərdə müəyyən edilmiş dəyəri və sayı çərçivəsindən kənara çıxmır.a

 

9. Lotereyada iştirak üzrə istisnalar

9.1. Lotereyanın iştirakçısı 9.2-ci bəndində göstərilənlər istisna olmaqla, Azərbaycan Respublikası ərazisində yaşayan, əvvəlcədən ödəmə üsulu ilə Təşkilatçının xidmətlərindən istifadə edən bütün abunəçiləri ola bilərlər.

9.2. Aşağıda göstərilən şəxslərin Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

a) 18 yaşına çatmamış şəxslər

b) Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər

c) Lotereyanın Təşkilatçısının əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

d) Lotereyanın keçirilməsinə bu və ya digər formada cəlb olunan hüquqi və fiziki şəxslər yaxud onların nümayəndələri, ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

e) Lotereyanın Qaliblərinin müəyyən edilməsi üzrə tiraj komissiyasının üzvləri və onların ailə üzvləri (ər/arvad, övladları, qardaş/bacıları, valideynləri).

Lotereyaya aid olan reklam daşıyıcılarında yuxarıda göstərilən istisnalar barədə məlumat veriləcək. Həmin şəxslər lotereyada iştirak edərsə, heç bir uduş əldə edə bilməyəcək.

 

10. Məlumatin təqdim edilməsi

10.1. İştirakçı Lotereyada iştirak etməklə öz adının və familiyasının, ixtisası və iş yeri barədə məlumatların marketinq məqsədləri üçün istifadə edilməsinə öz razılığını təsdiq edir. Lotereyanın qaliblərinin müəyyən ediməsinin nəticələri barədə məlumat www.nartopla.com internet saytında elan ediləcək.

10.2. İştirakçı göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin, digər materialların kütləvi informasiya vasitələrində, hər hansı çap, audio-video materiallarında pulsuz olaraq istifadə edilməsinə öz razılığını təsdiq edir.

10.3. İştirakçı Lotereyanın Təşkilatçısı tərəfindən göndərilən məlumatların, SMS-mesajların, reklam xarakterli digər mesajların qəbul edilməsinə öz razılığını təsdiq edir.

10.4. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində +994124649315

müştəri xidmətlərinə zəng etməklə və ya Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza “VOİDA” MMC şirkətinə müraciət etmək olar.

 

11. Digər şərtlər

11.1. Lotereyada iştirak etməklə Lotereyanın İştirakçısı mövcud Şərtlərlə tanış olub onlarla tam razılaşması faktını təsdiq etmiş olur və bu Şərtləri yerinə yetirmək öhdəliyini üzərinə götürür.

11.2. Lotereyanın İştirakçı tərəfindən mövcud Şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin yerinə yetirilməsindən imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşnun əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.

11.3. Stimullaşdırıcı lotereyaya nəzarət həmçinin Təşkilatçının Texniki Departamenti tərəfindən həyata keçiriləcək.

 

Up